Rəsmi Moskvadan Ukrayna ilə bağlı mühüm mesaj: "Məqsədimiz müvəqqəti atəşkəs deyil..."

img

13-03-2025 [17:24]


"Müvəqqəti atəşkəs Ukrayna ordusu üçün müvəqqəti möhlətdən başqa bir şey olmayacaq. Məqsədimiz prosesi uzunmüddətli sülh yolu ilə həll etməkdir. Biz hazırda qanuni maraqlarımızı nəzərə alan sülhə çalışırıq. Narahatlıqlarımız məlumdur". 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov “Rossiya-1” dövlət televiziyasına müsahibəsində deyib.

O, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsın dünən ona zəng etdiyini və bu barədə ona məlumat verdiyini də dilə gətirib: "O, mənimlə müntəzəm əlaqə saxlayır. Ona müvəqqəti atəşkəslə bağlı Rusiyanın mövqeyini çatdırdım. Ümid edirəm ki, ABŞ rasional davranacaq. Biz amerikalılar və NATO üzvləri ilə Ukrayna probleminin həlli və gələcəyi kontekstində müzakirə apara biləcəyimizə inanırıq”. 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR