Səbaildə “XS” gecə əyləncə mərkəzi sakinləri bezdirib: "Başını yastığa qoya bilmirsən..." - VİDEO

Səbaildə “XS” gecə əyləncə mərkəzi sakinləri bezdirib: "Başını yastığa qoya bilmirsən..." - VİDEO

CƏMİYYƏT

12.03.2025, 09:57

Paytaxtın Səbail rayonundakı “XS” gecə əyləncə mərkəzi ətrafda yaşayan vətəndaşların narazılığına səbəb olub.

Mia.az xəbər verir ki, sözügedən məkanın yerləşdiyi binanın sakinləri səs-küyün onları narahat etdiyini deyirlər.

“Səs bizi çox narahat edir. Axşam 10-11-də başlayır, səhər 6-7-yə qədər davam edir. Başını yastığa qoya bilmirsən, səsdən yastıq belə tərpənir...”, – deyə sakinlərdən biri bildirib.

Əyləncə məkanının sahibi isə deyir ki, obyekt tavanından döşəməsinədək izolyasiya olunub, məkandan nəinki aşağı mərtəbələrə, hətta küçəyə belə səs  yayılmır.

Ətraflı “Xəzər TV”nin süjetində:

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR