Polşanın baş naziri Türkiyəyə gəlir - Sabah

img

11-03-2025 [17:07]


Sabah Polşanın Baş naziri Donald Tusk Türkiyəyə işgüzar səfərə gəlir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Bu barədə açıqlama verən Kommunikasiya direktoru Fahrettin Altun bildirib ki, Prezident iqamətgahında keçiriləcək görüşlərdə ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunacaq: "Görüşlərdə Polşanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Türkiyə-Aİ əlaqələri qiymətləndiriləcək, həmçinin Ukrayna və transatlantik əlaqələr də daxil olmaqla aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu yaxınlarda 600-cü ildönümünü qeyd edən Türkiyə-Polşa əlaqələrinin cənab Tuskun səfəri sayəsində daha da güclənəcəyinə və inkişaf edəcəyinə inanırıq"

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR