Braziliya millisinin heyəti açıqlanıb - Neymar 17 ay sonra yığmaya çağırılıb

img

07-03-2025 [18:19]


Dünyaca məşhur futbolçu Neymar 17 aydan sonra Braziliya millisinin heyətinə çağırılıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Dorival Juniorun açıqladığı heyətdə yer alan Neymarın KONMEBOL Dünya Çempionatının seçmə mərhələsində Kolumbiya və Argentinaya qarşı oynayacağı gözlənilir.

Braziliya milli komandasının heyətində aşağıdakı adlar yer alıb:

Qapıçılar: Alisson, Bento, Ederson

Müdafiəçilər: Danilo, Qabriel Maqalhaes, Guilherme Arana, Leo Ortiz, Markinhos, Murillo, Vanderson, Wesley

Yarımmüdafiəçilər: Andre, Bruno Gimares, Gerson, Joelinton, Matheus Cunha, Neymar Jr.

Hücumçular: Estevao, Joao Pedro, Rafinya, Rodriqo, Savinyo, Vinisius Jr.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR