AXCP sədrinin müşaviri partiya sıralarından isrefa verdi

img

05-08-2014 [13:06]


AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli partiya sıralarını tərk edib. Bu barədə R.Mirhəşimli özünün "Facebook” profilində açıqlama yayıb. Məsələ ilə bağlı bizimyol.info-ya danışan R.Mirhəşimli bildirib ki, bu qərarını iyulun əvvəllərində verib və partiyadan çıxması ilə bağlı qərarını artıq AXCP rəhbərliyinə çatdırıb. Partiyadan çıxma səbəbi ilə bağlı geniş danışmaq istəməyən keçmiş AXCP-çi bu barədə partiya rəhbərliyinə məlumat verdiyini qeyd edib.

Qeyd edək ki, R.Mirhəşimli 1989-cu ildən bu təşkilatın üzvü olub. AXCP sədr aparatının və Ali Məclisinin üzvü olub, 2000-ci ildə keçirilən parlament seçkilərində partiyadan deputatlığa namizədliyi irəli sürülüb. R.Mirhəşimli Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA