Erməniəsilli şəxslər Bakıda məhkəmə qarşısında: "44 günlük müharibə zamanı..." - FOTOLAR (YENİLƏNİR)
06-03-2025 [14:48]
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, o, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib.
D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi və sonradan evində aşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.
O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək deyib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.
Davit Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini də söyləyib.
Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini bildirib.
“Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.
***
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.
Mia.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan, Levon Henrikoviç Mnatsakanyan və Vasili Beqlaryan sərbəst veriblər.
Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar(Report).
Mərkəzi Bankın valyuta ehtiyatları 4.5 milyard azaldı, qızıl isə... - Bir həftə içində
Azercell-dən Beynəlxalq Qadınlar Gününə xüsusi təklif!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək
Prezident İlham Əliyev sərəncam imzalayıb
e-rüsum informasiya sistemi yaradılır
Tutulan dilənçinin üzərində 164 min pul çıxdı - FOTO
Ziraat Türkiyə Kubokunda erkən derbi: püşk atıldı - "Fənərbağça" ilə "Qalatasaray" yenə üz-üzə gələcək
Strateji müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız İsrail arasında artan gərginlik...
Ali Məhkəmə daha bir mübahisəli vəziyyətlə bağlı qərar qəbul edib - Piyadanı vurub qaçan sürücü...
Rusiyada 12 il əvvəl qadını öldürən azərbaycanlılar tutulub - Prokurorluq açıqlama yaydı
“Haaretz Daily” sensasiyon məqamları açıqladı: Azərbaycan Türkiyə-İsrail masasında yəhudilərə deyir ki... - "Rusiya Suriyada girov kimi qalıb"
Erməniəsilli şəxslər Bakıda məhkəmə qarşısında: "44 günlük müharibə zamanı..." - FOTOLAR (YENİLƏNİR)
İsrail həbsxanasında daha bir qəzzalı ölüb
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTOLAR
İstanbulda İŞİD-də qarşı daha bir əməliyyat: 14 nəfər saxlanılıb, 6 nəfər axtarılır
Tehranda su qıtlığı yaranıb - Əhaliyə müraciət olunub
Sumqayıtda Reabilitasiya Mərkəzindəki yanğın söndürüldü (Yenilənib)
TRAMPDAN ŞOK QƏRAR - Təhsil Nazirliyi ləğv olunur
Zaur Mikayılov iki qardaşa yüksək vəzifələr verib
Müğənni İzzət: "O, çox qısqanc adamdı"
Ermənistan sərhəddə yanğın törədib - FHN açıqlama yaydı + VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
Rəsmi Moskvadan Fransa liderinə aşağılayacı cavab verildi: "O, Makron deyil, "Mikron"dur, uzağı, iki ilə yoxa çıxacaq"
Xalq artisti ilə dalaşan mühafizəyə də hökm oxundu - Məhkəmə iclası
Xalq artisti Ağadadaş Ağayevə hökm oxunub - Məhkəmə prosesi
“Qırmızı kitab”a düşən quşları ovlayan şəxs saxlanılıb
Mətbuat Şurasının İH üzvü: "Onlar Kənan Qasımov kimilərin sürətlə yüksəlişini ürəkağrısı ilə izləyir"
Ağdərə rayonunun Həsənriz kəndinə daha 25 ailə köçürülüb
“Synergy CO” şirkətinin 900 min manata yaxın borcu yaranıb
BŞTİ-dən müəllimlərə "hinduşkabaş" deyən direktorla bağlı - AÇIQLAMA
Avropa Liqası: “Fənərbağça” bu gün “Reyncers”i sınağa çəkəcək
Bakıda məşhur “Sərin” şadlıq evində iyrənclik - Mənşəyi məlum olmayan məhsullar aşkarlanıb (FOTOLAR)
BU RAYONLARIN ŞAGİRDLƏRİ BURAXILIŞ İMTAHANI VERƏCƏK - DİM-dən martın 9-dakı imtahanla bağlı xəbərdarlıq
Qaxda iki nəfər saxlanılıb - 7 kq narkotiklə
Tramp Kanadanın Baş nazirinə yenə "vali" dedi, məsxərəyə qoydu: "Gözəl şanslar, Castin!"
Çempionlar Liqası: 1/8 final mərhələsində 4 oyun keçirilib
Bakıda evdə partlayış: 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb
Azərbaycan nefti 71 dollara endi
Mənsur Yavaş Özgür Özəlin "əmanət" mesajına rədd cavabı verdi: "Siyasətdə ancaq özünə cavabdehsən"
İordan çayının qərb sahilindəki daha 17 ev söküləcək
Ağ Ev təsdiqlədi: "HƏMAS-la birbaşa danışıqlarımız var"
Kayseridə Roma və Bizans dövrünə aid heykəllər ələ keçirilib - FOTO
Zelenski: "Ukrayna və ABŞ heyətləri görüşməyə başlayıb"