Əkrəm İmamoğlu bu tarixdə prezidentliyə namizəd elan olunacaq - Partiya sədrindən açıqlama

img

05-03-2025 [20:54]


Bu gün CHP sədri Özgür Özəl Avropa Parlamentinin Sosialistlər və Demokratlar Qrupu toplantısında çıxış edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, çıxışında ölkədəki vəziyyətdən, o cümlədən Əkrəm İmamoğlunun ətrafında cərəyan edən hadisələrdən söz açıb.

 Özgür Özəl bildirib ki, İstanbul Böyükşəhər bələdiyyə sədri  Əkrəm İmamoğlunun prezidentliyə namizədliyi bu ay rəsmiləşəcək: "Əkrəm İmamoğlu 23 Mart 2025-ci ildə 1 milyon 700 min üzvümüzün birbaşa seçki qutusuna gedəcəyi ön seçki prosesi ilə namizədliyini rəsmiləşdirəcək"

Firudi Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA