Müğənni Tacir Qarabağ Universitetində işləmək istəyir: "Yaxşı da tələbə hazırlaşdıraram"

img

05-03-2025 [15:54]


Müğənni Tacir Şahmalıoğlu Qarabağa köçmək istəyir.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib.

O bildirib ki, ən gözəl səsi olanlar Qarabağda doğulurlar: "Qarabağımız qayıdıb, ora köç olacaq. Səs o dağlardan gəlir. O, sudan, havadan... Bakıdan elə möhtəşəm səs yarana bilməz".

Müğənni aparıcı Aytəkin Mərdanavonanın "Ağdama köçəcəksiniz" sualına "Müəllim kimi qalan ömrümü orada keçirə bilərəm" cavabını verib.

T.Şahmalıoğlu Qarabağ Universitetdə çalışmaq arzusundan da söz açıb: "Əlbəttə, gedərəm, köçərəm, yaxşı da tələbə hazırlaşdıraram".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR