AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI VƏ İNSAN HÜQUQLARI...
04-03-2025 [11:38]
Konstitusiya mahiyyəti və insan hüquqları
Konstitusiya bir siyasi təşkilatın, qurumun və ya dövlətin hüquqi əsaslarını təşkil edən başlıca prinsiplərin və ya müəyyən edilmiş presedentlərin məcmusudur və adətən, həmin dövlətin və ya qurumun idarəçilik sistemini, strukturunu və idarəetmə qaydalarını müəyyən edir. Bir qədər də elmi şəkildə konkretləşdirsək, konstitusiya hər bir dövlətin hüquqi, siyasi və iqtisadi əsaslarını müəyyən edən və insan hüquq və azadlıqlarının qorunması üçün təminatlar yaradan vacib sənəddir.
Müasir dövrdə dövlətin mahiyyətcə hüquqi şəxs kimi çıxış etdiyi zamanda onun bütün digər hüquqi şəxslər kimi statusa malik olması zəruridir. Bu status həm də dövlətə, cəmiyyəti idarə edən məcburetmə qüvvəsinə malik yeganə qüvvə kimi, öz iradəsini ifadə etməyə və maraqlarını müdafiə etməyə imkan verən orqanları müəyyənləşdirməyə imkan verir. Sosial maraqların tələb etdiyi tendensiyalara uyğun cavab verən və xidmət göstərən, mütəşəkkil siyasi güc kimi mövcud olan dövlət siyasi hakimiyyətin institusional formasıdır.
Bu izahatların işığında konstitusiya dövlətin statusunu və dövlət hakimiyyətinin çərçivəsini müəyyən edən hüquqi norma kimi müəyyən edilə bilər. Əgər konstitusiya dövlət statusu olduğu üçün təsviri xarakter daşıyırsa, anlayış olaraq o, əmr edən, normativ xüsusiyyətə malikdir. Bu xüsusiyyət həm idarə edənlərə, həm də idarə olunanlara tətbiq edilən konstitusion qaydalardan irəli gəlir.
Konstitusiya dövlətin pasportu olmaq funksiyası ilə siyasi hakimiyyətin həyata keçirilməsi şərtlərini müəyyən edir. Müasir dövlətin əsas institusional təşkilatı, ümumiyyətlə, konstitusiyaya əsaslanır. Dövlət daxilindəki siyasi institutlar mütləq şəkildə təşkilatı müəyyən edən və bu qurumların funksiyalarını və onlar arasındakı əlaqəni aşkar edən hüquqi norma və qaydalarla bağlıdır. Bu, ölkənin əsas norma sənədinin – konstitusiyanın məzmununu təşkil edən hüquqi prinsip və normalar həm də dövlət hakimiyyətini həyata keçirən şəxslərə şamil edilir.
Konstitusiya dövlət hakimiyyətinin səlahiyyətlərini müəyyən etmək və məhdudlaşdırmaq funksiyası ilə yanaşı, həm də fərdlərin hüquq və azadlıqlarının təmin edilməsini hakimiyyətə və dövlət orqanlarına həvalə etmək funksiyasına malikdir. Müasir konstitusiyalarda bunun üçün lazımi üsullar və mexanizmlər müəyyən edilib. Ümumiyyətlə, müasir konstitusiyalar hüquqi, demokratik dövlətlərin başlıca atributlarından biri olmaq etibarı ilə, bütün konstitusiyalarda insan və vətəndaş hüquq və azadlıqlarının da əks olunması onun əsas cəhətlərindən birini təşkil edir.
Azərbaycan Konstitusiyasında insan və vətəndaşın əsas hüquq və azadlıqları
Azərbaycanın konstitusionalizm tarixində ilk konstitusion sənəd 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi sayılır. Cəmi 6 bənddən ibarət olan İstiqlal Bəyannaməsi Cümhuriyyətin ərazisini, tamhüquqlu müstəqil dövlət olduğunu, idarəçilik formasını (xalq cümhuriyyəti), bütün xalqların inkişafına təminat verdiyini və idarəçilik orqanlarını bəyan edirdi. Bəyannamənin 4-cü maddəsi isə nəinki yalnız Şərqdə, ümumiyyətlə, bütün dünyada bir çox aparıcı dövlətlərin o dövrdə öz vətəndaşlarına tam çəkildə tanımağa cürət etmədiyi siyasi hüquqları qeyd-şərtsiz Cümhuriyyətin bütün vətəndaşlarına tanıyırdı: “Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir”.
1920-ci il aprel işğalından sonar qurulan sovet hakimiyyəti illərində qəbul edilmiş konstitusiyalar hüquqi dövlətin yox, birpartiyalı siyasi rejimə malik avtoritar-totalitar sovet cəmiyyətinin əsaslarının yaradılmasına xidmət edirdi. Lakin 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında ilk dəfə müstəqil demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu məsələlərini konstitusion sənəddə ifadə etdi. 1995-ci il noyabrın 12-də qəbul edilən ilk milli Konstitusiyamız isə müstəqil Azərbaycan Respublikasının siyasi, hüquqi və iqtisadi əsaslarını möhkəm təməllər üzərində əks etdirməklə, həm də insan və vətəndaş hüquq və azadlıqlarının geniş şəkildə əks olunduğu ali hüquqi sənədə çevrildi.
Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci maddəsinə uyğun olaraq, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi”ni dövlətin ali məqsədi elan edir. Referendumda qəbul edilərkən 158 maddəddən ibarət olan Konstitusiyanın bütöv bir fəsli (III fəsil), 48 maddəsi (24-71-ci maddələr) əsas insan və vətəndaş hüquq və azadlıqlarını əhatə edir. Konstitusiyanın qəbulundan ötən 30 il ərzində bu hüquq və azadlıqların qanunvericilik bazası ardıcıl şəkildə genişləndirilmiş, təkmilləşdirilmiş, quru nəzəriyyə olmaqdan çıxarılaraq həyatiləşdirilmiş, və davamlı şəkildə inkişaf etdirilmişdir. Belə ki, hələ 1998-ci ildə Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdi. 1999-cu il iyunun 11-də isə “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 2002-ci il dekabrın 24-də isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu imzalanaraq qüvvəyə minmişdi.
XXI əsrdə də ölkəmizdə konstitusiya quruculuğuna və insan və vətəndaşın əsas konstitusion hüquq və azadlıqlarına diqqət siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilmişdir. Təsadüfi deyil ki, ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üçün keçirilən hər üç referendumda (24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il) səsverməyə çıxarılan və təsdiqlənən məsələlərin bir hissəsi insan hüquqlarının genişləndirilməsi və daha da təkmilləşdirilməsi ilə bağlı olmuşdur.
Bundan başqa, 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” bu sahəyə dövlətin yenə də prioritet istiqamət kimi baxdığının növbəti təsdiqi olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqları sahəsində qoşulduğu əsas beynəlxalq hüquqi aktlara əsaslanaraq, insan və vətəndaş hüquq və azadlıqlarını beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimləyir. Konstitusiyanın 155-ci maddəsinə görə, onun III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
Qeyd edək ki, ölkəmiz BMT-nin insan hüquq və azadlıqları ilə bağlı müqavilələr sisteminə daxil olan 9 konvensiya və paktın hamısına qoşulub, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını (1950-ci il, Roma) və onun dörd protokolunu 2001-ci ilin dekabrında təsdiq etmişdir. Bu protokollardan birində ölüm hökmünün dinc dövr üçün ləğvi nəzərdə tutulur ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olunmamışdan (yanvar 2001) və həmin protokola imza atmamışdan 3 il əvvəl – 1998-ci ilin fevralında ölüm hökmünü ləğv etmişdi. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə ölüm hökmü heç bir halda icra edilməmişdir.
Bu siyasət hazırda da dövlətimiz tərəfindən davam etdirilir, nəinki ölüm hökmü icra ləğv edilmişdir, hətta bir sıra cinayətlərdə təqsirli bilinərək haqlarında müxtəlif cəzalar təyin edilmiş minlərlə Azərbaycan vətəndaşı və əcnəbilər Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv fərmanları və Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi amnistiya aktları nəticəsində azadlığa qovuşmuşlar. İndiyədək Azərbaycanda 13 amnistiya aktı qəbul olunub və 70 əfv sərəncamı verilib, dövlətin humanism siyasətinin ifadəsi olan bu sənədlər 150 mindən çox məhkuma şamil olunub.
Azərbaycanda insan hüquq və azadlıqlarına yüksək səviyyədə təminat vardır
Beləliklə, Azərbaycan Konstitusiyası vətəndaşların fundamental azadlıqlarını konstitusion səviyyədə tanıyır, qəbul edir və dövlətin bu hüquqları müdafiə etmək öhdəliyini təsbit edir. Çünki insan hüquqları və konstitusiya arasındakı əlaqə hüquqi dövlətin qurulması və demokratik institutların formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. İnsan hüquqları həm beynəlxalq hüquq, həm də milli qanunvericilik kontekstində əsas prinsip kimi qəbul edilir. Konstitusiya bu hüquqları yalnız tanımaqla kifayətlənmir, eyni zamanda onların icrası üçün mexanizmlər yaradır və vətəndaşların hüquqlarını təmin edən təsisatları formalaşdırır. Azərbaycanda konstitusion-hüquqi təminatların mövcudluğu insan ləyaqətinin, azadlığının və bərabərliyinin qorunmasına xidmət edir. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarını geniş şəkildə tənzimləyir. Konstitusiyanın müvafiq maddələri şəxsi, siyasi, iqtisadi və sosial sfera üzrə bütün əsas hüquqları ehtiva edir.
Azərbaycan beynəlxalq insan hüquqları sənədlərinə qoşulmaqla, bu sahədə üzərinə götürdüyü bütün öhdəliklərin icrasına ləyaqətlə yanaşır. Konstitusiyanın 151-ci maddəsinə əsasən, beynəlxalq müqavilələr milli qanunvericiliklə ziddiyyət təşkil edərsə, beynəlxalq normalar üstün tutulur. Bu yanaşma insan hüquqlarının müdafiəsində beynəlxalq standartların tətbiqini təmin edir.
Qeyd edək ki, hərbi və fövqəladə vəziyyət rejimlərində, dövlət təhlükəsizliyinin və ictimai sabitliyin qorunması üçün müəyyən hüquqların məhdudlaşdırılması tələb olunsa da, Azərbaycanda bu kimi hallarda belə insan hüquqlarının hətta qanun çərçivəsində məhdudlaşdırılması ilə bağlı xüsusi bir hal müşahidə olunmamışdır.
Beləliklə, Konstitusiya insan hüquqlarının qorunması üçün mühüm hüquqi bazadır. Lakin hüquqların kağız üzərində qalması onların real həyatda tam təmin edilməsi anlamına gəlmir. Bu baxımdan, güclü hüquqi institutlar, səmərəli məhkəmə sistemi və vətəndaş cəmiyyətinin fəallığı insan hüquqlarının qorunmasında əsas amillərdən biridir və Azərbaycan bu sahədə artıq lazımi qanunvericilik bazasına və müvafiq təcrübəyə malikdir. Lakin insan və vətəndaş hüquq və azadlıqları, onların həyata keçirilməsinin təminatlarının nəzəri və təcrübi təkmilləşdirilməsi davamlı proses olduğundan ölkəmizdə konstitusiya islahatlarının bundan sonrakı mərhələlərində də bu məsələ öz aktuallığını saxlayacaqdır.
Azərin Cəfərli
Naxçıvan Dövləti Universitetinin
hüququşünaslıq ixtisası üzrə I kurs tələbəsi
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Konkret proqram, müddət, görülməli və görüləcək iş var" - Mətbuat katibi Dövlət Proqramına qısa şərh verdi
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir