"Hər biri müharibənin başlanmasını istəyir” - İcra Hakimiyyəti

img

04-08-2014 [14:23]


Tərtər rayon İcra başçısı Ermənilərlə 100 metr məsafədə yerləşən kənddə əhali ilə görüş keçirir.


Bu barədə AzNews.az-a İcra Hakimiyyətinin şöbə müdiri Tofiq Hüseynov məlumat verib. O vurğulayıb ki, başçısı Müstəqim Məmmədov rayonun Qapanlı kəndində sakinlərlə səyyar görüş keçirir. Hazırda rayonun bütün müvaffiq dövlət qurumlarının nümayəndələri də görüşdə iştirak edirlər: "Başçı insanları narahat edən məsələləri dinləyir. Onlara bildirir ki, sakinlərinə dövlət tərəfindən bütün dəstəklər göstəriləcək”. 

İH rəsmisi əlavə edib ki, rayonda üç gün əvvələ nisbətən Erməni Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halı nisbətən azalıb: "Amma əhali arasında gərginlik çox yüksək səviyyədədir. Demək olar ki, hər kəs - yaşlısından cavanına kimi hər biri müharibənin başlanmasını istəyir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA