Bakının daha iki rayonunun bəzi küçələrində qaz olmayacaq - Xəbərdarlıq

img

28-02-2025 [09:03]


Bu gün Bakının daha iki rayonunun bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.

Mia.az “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir ki,  bu gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X. Natavan küçələrinin həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR