Peskov: "Putinlə Tramp arasında növbəti telefon danışığı ola bilər"

img

26-02-2025 [14:23]


"Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı ola bilər".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, ehtiyac yarandığı təqdirdə, belə danışıqlar olacaq: "Bilirsiniz, artıq dialoqa start verilib, lakin hələlik Trampla növbəti danışıqlar planlaşdırılmır. Lakin əlbəttə ki, təcili məsələlərin həlli üçün planlar dəyişə bilər".

Putinlə Trampın təkbətək görüşünün real vəziyyətdən aslı olduğunu xatırlaadn peskovun sözlərinə görə, bunun üçün gərəkli şərait hələ yetişməyb.

Peskov ABŞ-la əməkdaşlıq imkanlarına gəlincə, deyib ki, Rusiya müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq layihələrində maraqlııdr.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA