Ermənistanın təcavüzü Türkiyədə kəskin etiraz doğurdu

img

03-08-2014 [18:03]


Ermənistanın atəşkəs rejimini pozaraq qoşunların təmas xəttində təxribatlar törətməsi bu dövlətin təcavüzkar olduğunu bir daha bütün dünyada nümayiş etdirdi.

Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan - Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etməsi Türkiyədə böyük etirazlara səbəb olub.

Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ Kültür və Sənət Dərnəyinin (ESAB) rəhbəri, yazıçı-publisist Əhməd Urfanlı müsahibəsində deyib ki, Ermənistanın atəşkəs rejimini pozaraq qoşunların təmas xəttində təxribatlar törətməsi bu dövlətin təcavüzkar olduğunu bir daha bütün dünyada nümayiş etdirdi. 

"Türkiyə ictimaiyyətinin nümayəndələri olaraq biz, təkcə Ermənistanın hərbi hücumlarını deyil, eyni zamanda, bu təcavüzkar dövlətin beynəlxalq qanunlara zidd əməllərinə qarşı dünya birliyinin yetərincə etiraz etməməsini də qınayırıq. Son hadisələr bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu, Ermənistanın hərbi qüvvələrinin işğal altında olan Azərbaycan torpaqlarından çıxarılmasıdır. İstənilən halda, düşmənin Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi əməliyyatların davam etməsinə yol verilməməli, Azərbaycan ərazisi bütövlüyü bərpa olunmalıdır", - deyə yazıçı-publisist bildirib.
AzərTAc 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA