ATƏT Minsk Qrupu "əl-ayağ"a düşdü, narahatlıq başladı

img

03-08-2014 [14:30]


Son günlər cəbxə xəttində baş verənlər deyəsən ATƏT Minsk Qrupunu narahat etməyə başlayıb. 

ANS PRESS-in məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar. 

Hazırkı sədri Didyer Burqxalter və ATƏT Minsk Qrupunun üzvləri qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində çoxsaylı itkilərlə nəticələnən zorakılığın kəskin artmasından narahatlıq ifadə ediblər.

Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları bərpa etməyə çağırıblar. "Zorakılığın davam etdirilməsi davamlı sülhün əldə olunmasını çətinləşdirəcək", -deyə bəyanatda vurğulanıb. 

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, təmas xəttində yaranmış təhlükəli vəziyyətlə bağlı bütün məsuliyyət bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi İrəvanın üzərinə düşür. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA