Saakaşvili: "Gürcüstandan Azərbaycana təxribat olacaq"

img

03-08-2014 [11:40]


"Gürcüstanı Azərbaycana qarşı Rusiya təxribatının təlim meydanına çeviriblər".

Bu sözləri hazırda ABŞ-da olan Gürcüstanın eks prezidenti Mixail Saakaşvili "Rustavi 2" kanalına müsahibəsində deyib. 

ANS PRESS-in məlumatına görə, Saakaşvili müsahibəsində bildirib ki, "Azərbaycan bizim əsas strateji müttəfiqimizdir və mənim narahatlığım bizim hazırki vəziyyətdə bu dost ölkə ilə yaşadığımız ümumi konteksdəndir. Qeyd etməliyəm ki, hazırda Tbilisidə Əliyevə qarşı çıxış edən İvanişvili kimi rusyönlü insanlar oturub. Mən dəqiq bilirəm ki, bir neçə həftə bundan qabaq fəaliyyəti Azərbaycan prezidentinə qarşı olan Rusiyanın FTB-sinin nümayəndəsi Bidzina İvanişvili ilə görüş keçirib”. 

Qeyd edək ki, hazırda şəhər məhkəməsi tərəfindən qiyabi həbs olunan Saakaşvili heç bir ölkədən sığınac almaq fikri olmadığını bildirib. O deyib ki, "Mənə siyasi sığınacaq lazım deyil. Onsuzda məni bütün ölkələrdə məmnuniyyətlə qarşılayırlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA