"Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu: bir qırmızı kart, bir qol...

img

16-02-2025 [18:35]


Bu gün "Turan Tovuz" doğma meydanında "Araz-Naxçıvan"ı qəbul edib.

Mia.az xəbər verir ki, oyun tovuzluların minimal heablı qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, naxçıvanlılar 47-ci dəqiqədən 10 nəfərlə qalıb. belə ki, İqor Ribeyro qırmızı vərəqə ilə meydandan qovulub. Tovuzlular bunu fürsət bilərək, üstünlüyü ələ alıb və nəhayət,  86-cı dəqiqədə Hayderson Hurtadonun qolu ilə qələbəni təmin ediblər.

Bu qələbədən sonra Tovuz komandası 39 xalla 4-cü yerdə, "Araz-Naxçıvan" isə 44 xalla ikinci yerdə qərarlaşıblar.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA