Ağstafada cücə sexi yanıb

img

16-02-2025 [09:39]


Ağstafada cücə sexi yanıb.

Məlumata görə, hadisə rayonun Vurğun qəsəbəsində yerləşən 1976-cı il təvəllüdlü İlqar Əzizova məxsus cücə sexində qeydə alınıb.

Ümumi sahəsi 400 kvadratmetr olan sexin 300 kvadratmetr sahəsi yanıb.

Nəticədə içərisində olan xeyli sayda 3 günlük cücələr və digər ev quşaları tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA