Rövnəq Abdullayev yenidən futbol sektoruna dönür

img

15-02-2025 [20:10]


AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev yenidən futbol sektoruna qayıda bilər.

Bunun üçün real imkan yaranıb.

2008-2024-cü illərdə federasiyaya rəhbərlik etmiş SOCAR-ın sabiq şefinin klub təsərrüfatında peyda olması gözlənilir.

Bugünlərdə klublardan birində rəhbər vəzifə tutan tanınmış icimai xadimlərdən biri onunla görüşüb.

Abdullayevə yaxın şəxs ona futbola dönməyi təklif edib. İkinci isə futbol sahəsində cərəyan eləyən prosesləri izlədiyini, komandanı sponsorluğa götürmək təşəbbüsünü nəzərdən keçirəcəyini söyləyib.

O, bu barədə yekun qərarını yaxın vaxtlarda verəcəyini bildirib. (sportinfo.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA