TFF qərar verdi - Bundan sonra oyunu yarımçıq tərk edən komandaları daha ağır cəza gözləyəcək

img

14-02-2025 [23:29]


Türkiyədə bundan sonra oyunu yarımçıq tərk edən komandalara daha ağır cəzalar veriləcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti mövcud Təlimatda dəyişiklik edib.

TFF-dən verilən məlumata görə, təlimatın  46-cı maddəsi dəyişdirilib, daha dəqiqiq , ona 36/A maddəsi əlavə edilib: "Həmin maddəyə görə, meydanı tərk edən klub rəhbərləri bir il səlahiyyətlərindən uzaqlaşdırılacaq. Eyni zamanda, komanda növbəti mövsümə -9 xal cəzası ilə başlayacaq, oyunçuları isə 5-10 oyunluq cəza alacaqlar".

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR