"Öz yurdumuzu niyə tərk etməliyik ki?” - Keçmiş deputat döyüş bölgəsindən xəbər verdi

img

02-08-2014 [14:55]


"Azadlıq" radiosu ötən gecə Tovuz rayonunun Koxa Nəbi kəndində baş vermiş atışma ilə bağlı video reportaj hazırlayıb.

 

Video-süjetdə kənd sakinlərindən biri açıqlamalasında şiddətli atışma vaxtı Azərbaycan tərəfinin postlarında güclü yanğın baş verdiyini və əsgərlərin oradan çıxdıqlarını müşahidə ediklərini bildirib.

 

Reportajda qeyd edilənlərlə bağlı vaxtilə həmin ərazidən Milli Məclisə üzv seçilmiş sabiq deputat Nazim Məmmədov açıqlamasında məlumatın həqiqətəuyğun olmadığını bildirib:

 

"Koxa Nəbi kəndində hər şey qaydasındadır, Azərbaycan ordusu ermənilərə heç bir mövqe, yüksəklik verməyib!”

 

Məsələyə münasibət bildirən Koxa Nəbi kəndinin ərazi icra nümayəndəsi Nəsib Hüseynov da qeyd edilənləri təxribat adlandırdı. Cəbhə bölgəsi olduğundan atışmanın həmişə baş verdiyini deyən icra nümayəndəsi qeyd etdi ki, kənd sakinlərindən heç kəs ərazini tərk etməyib, postların da hamısı yerindədir: "Bura bizim ata-baba yurdumuzdur, öz yurdumuzu niyə tərk etməliyik ki?”.

 

axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA