Netanyahu nazirlərə qadağa qoyub: "Atəşkəs və əsir mübadiləsindən kimsə danışmasın"

img

12-02-2025 [00:14]


İsrailin Baş naziri Binyamin Netanyahunun hökumətin 4 saatdan çox çəkən iclasından sonra nazirlərə qadağa qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, nazirlərdən Qəzzada atəşkəs və girov mübadiləsi ilə bağlı hər hansı bir açıqlama verməməyi tələb edib.

İsrail mətbuatı yazır ki, Netanyahu iclasda ABŞ prezidenti Donald Trampın sözlərini xatırladıb: "O, HƏMAS-a şənbə günü saat 12-dək vaxt verib. Biz də o vaxta qədər gözləyəcəyik. Əgər girovlar azad edilməsə, o zaman HƏMAS-a qarşı aktiv döyüşü başladacağıq".

Samir Musayev
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR