Ramiz Mehdiyevdən haqqındakı casus ittihamına reaksiya: "Axmaq-axmaq söhbətlər yayırlar"

img

11-02-2025 [10:22]


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev mediada haqqında irəli sürülən Rusiyann casusu ittihamına reaksiya verib.

Mia.az xəbər verir ki, Manset.az bu iddia ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında deyib: “Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur”.

Qeyd edək ki, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR