Qvatemalada matəm elan edilib - 51 nəfərin ölümünə görə

Qvatemalada matəm elan edilib - 51 nəfərin ölümünə görə

DÜNYA

11.02.2025, 00:12

Mərkəzi Amerika ölkəsi Qvatemalada 3 günlük milli matəm elan olunub.

Mia.az xarici mətbuata istinada xəbər verir ki, buna səbəb sərnişin avtobusunun körpüdən aşması və nəticədə 51 nəfərin ölməsidir.

Bildirilib ki, San Aqustin Acasaguastlan qəsəbəsindən yola düşən avtobus Qvatemala şəhərində Beliz körpüsündən aşaraq, vadiyə yuvarlanıb: "Nəticədə 51 nəfər ölüb, 24 nəfər isə yaralanıb. Hökumət baş verən qəza ilə bağlı ölkədə üç günlük matəm elan edib".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR