İsrailli nazir: "Atəşkəsin ikinci mərhələsinə ehtiyac yoxdur, hücum başlamalıdır"

img

10-02-2025 [13:55]


"Tel-Əviv və HƏMAS arasında atəşkəsin ikinci mərhələsi real deyil".

Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu sözləri İsrailin diaspor naziri Amichai Çikli deyib.

O, yerli mətbuata açqılamasında Qəzza zolağına hücumların yenidən başlanmasının vacibliyindən söz açıb.

Nazir deyib ki, HƏMAS-la atəşkəsin ikinci mərhələsini razılaşdırmağa ehtiyac qalmayıb: "Bu mərhələ İsrail üçün təhlükəlidir. Unutmayaq, ABŞ rəhbərliyi də atəşkəsin ikinci mərhələsinin hazırkı şərtlərdə real olmadığını anlayır. Bu proses HƏMAS-ı ayaq üstə saxlayır. Bizə isə onları tamamilə məhv etməsək, rahatlıq olmayacaq"

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR