Avropa Liqası: "Fənərbağça" və "Qalatasaray"ın heyəti yenilənib - Hər iki komanda 3 yeni oyunçu yazıb

Avropa Liqası: "Fənərbağça" və "Qalatasaray"ın heyəti yenilənib - Hər iki komanda 3 yeni oyunçu yazıb

İDMAN

07.02.2025, 16:55

Avropa yoluna pley-off mərhələsindən davam edən "Fənərbağça" və "Qalatasaray" heyətinə yeni oyunçularının adlarını yazdırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər iki komanda 3 oyunçu dəyişmə haqqından istifadə edib.

"Fənərbağça" heyətə Anderson Talişka, Filip Kostiç və Milan Şkrinyarı əlavə edib: "Samet Akaydın, Rodrigo Bekao və Cayden Ostorvolde isə cədvəldən çıxarılıb".

"Qalatasaray" isə Alvaro Morata, Roland Sallai və Karlos Kuestanı heyətə daxil edib, Mişi Batşuayi və Viktor Nelson isə cədvəldən çıxarılıb.

Fərid ASLAN

MİA.AZ

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR