"Neftçi" "Çixura" ilə bərabərə qaldı

img

31-07-2014 [21:57]


Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz "Neftçi" öz meydanında Gürcüstanın "Çixura" klubu ilə qarşılaşıb.

2012/2013 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Zestafoni" klubunu mübarizədən kənarlaşdıran "ağ qaralar" bu dəfə "Çixura"nı sınağa çəkib. Avroliqanın II təsnifat mərhələsində Türkiyənin "Bursaspor" klubunu penaltilərlə (4:1) üstələyən "Çixura"nın "Neftçi"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Lakin bu görüşdə qapılara qol vurulmayıb - 0:0. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 7-də, Gürcüstanda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA