Qəbələdə yol qəzası: bir nəfər ölüb, dördü xəsarət alıb (YENİLƏNİB)
01-02-2025 [10:00]
Qəbələdə iki avtomobilin toqquşduğu qəzada iştirak edənlərdən birinin sürücülük hüququ olmayıb, qəza ilə bağlı cinayət işi açılıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Qəbələ rayonunun Tövlə kəndinin ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərdən biri - Aqasif Qəriblinin avtomobili idarə etmə hüququ yoxdur və onun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr var: "Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. İstintaqın nəticəsinə uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək".
Məlumatda qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.
****
Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dördü xəsarət alıb.
Məlumata görə, hadisə yanvarın 31-də axşam saatlarında rayonun Tövlə kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” və “VAZ-2101” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ-2106”da olan sərnişin, 1958-ci il təvəllüdlü Ehsan Kərimov hadisə yerində ölüb, digər sərnişin, 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü, 56 yaşlı Emin Muşdaqov, digər avtomobilin sürücüsü, 30 yaşlı Ağasif Qəribli və sərnişini, 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar(Report).
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı