Daxili İşlər Nazirliyində kollegiya iclası: nazir yeni tapşırıqlar verdi - FOTOLAR
GÜNDƏM
24.01.2025, 15:04
Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Mia.az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla məlumatına gərə, nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin sayəsində ölkədə möhkəm təməllərə söykənən sabitlik hesabat ilində də etibarlı qorunub.
Qeyd olunub ki, cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib, qanunla müəyyən edilmiş funksiyaların digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib.
Daxili işlər orqanlarının əməkdaşları miqyasına görə indiyədək ölkədə keçirilən konfrans, yarış və mərasimlərlə müqayisəyə gəlməyən COP29-un yüksək təhlükəsizlik şəraitində keçməsi üçün üzərinə düşən vəzifələri və qarşıya qoyulmuş tapşırıqları aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində əzmlə yerinə yetirib.
V.Eyvazov vurğulayıb ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33 min 379 cinayət qeydə alınıb, onlardan 87,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31 min 526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizinin açılması təmin edilib.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.
Davam etdirilən profilaktik tədbirlərin nəticəsi olaraq müqayisə edilən dövrə nisbətən 2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23,2, ictimai yerlərdə baş verənlərin sayında 9, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8 faiz azalma qeydə alınıb. Ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9, qeyri-aşkar şəraitdə baş verənlər 18,1, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5, odlu silahın tətbiqi ilə törədilənlər 21, mülkiyyət əleyhinə olanlar 10,4, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5, habelə yol-nəqliyyat hadisələri 12,8, qəzalarda xəsarət alanların sayı 13,1, ölənlərin sayı 11,4 faiz azalıb.
Prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini qeyd edib.
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7 227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb.
V.Eyvazov bildirib ki, qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox - 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib.
Bu istiqamətdə əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirən nazir müvafiq fəaliyyətin qətiyyətlə davam etdirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmin cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında uğurlu nəticələri olan bir çox əməliyyatların keçirildiyini, müşahidə olunan müsbət təmayüllərin məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğunu, Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloqerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.
Nazir onların, eləcə də yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsin, o cümlədən ictimai fəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və media mənsublarının fəaliyyətini təqdir edərək hər birinə təşəkkürünü bildirib.
Həmçinin ölkədə aparılan antinarkotik təbliğatın əhəmiyyətini qeyd edərək ötən il bu sahədə ərazi polis orqanlarının rəhbərlərinin iştirakı ilə 1 200-ə yaxın maarifləndirmə tədbirinin keçirildiyini nəzərə çatdırıb, bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, cari ildə də fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib, respublikanın təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tapşırıb.
Qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin qarşısının alınması, açılması, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün qabaqlayıcı tədbirlərin davam etdirildiyini bildirən nazir qadınların təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materialların mütəmadi təhlil olunduğunu, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması üçün tədbirlərin görüldüyünü, o cümlədən aidiyyəti orqan və təşkilatlara vəsatətlər verildiyini qeyd edib.
Zorakı əməllərdən və məişət zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların prosessual hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2024-cü ildə qadınlarla bağlı törədilmiş cinayətlərin ümumi sayında 47 fakt, o cümlədən ailə münaqişəsi zəminli cinayətlərin sayında 1,8 faiz azalma müşahidə olunduğunu vurğulayıb.
Nazir yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında 18,5 faiz azalmanın qeydə alındığını da bildirərək gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib.
Diqqətə çatdırılıb ki, hesabat ilində 6 055, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan olan 4 468 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Eyni zamanda nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.
Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması kimi mühüm vəzifələrin icrasına da toxunan V.Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu bildirib.
“102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış müraciətlərə də çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 80,3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin yaradıldığını, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını nəzərə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib. Məruzə ətrafında çıxış edənlər görülən işlərdən, əldə olunan nəticələrdən, mövcud olan nöqsanlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.
Kollegiya iclasına yekun vuran nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, bundan sonra da hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının etibarlı qorunmasını, əməkdaşların vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına daim riayət etməsini, eyni zamanda qətiyyətli olmasını, qanunçuluğun möhkəmləndirilməsini, peşəkarlıq səviyyəsinin artırılmasını tələb edib, xidməti fəaliyyətin səmərəliliyinin davamlı olaraq artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır, şəxsi heyət suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrin icrasını davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə və əzmlə həyata keçirməyə çalışır.
V.Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, vətəndaşların təhlükəsizliyinin və məmnunluğunun təmin olunması sahəsində vəzifələr böyük əzm və qətiyyətlə davam etdiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Göy üzü ikiyə bölünəcək: 5 bürc problemlə üzləşəcək
Bugün, 12:54 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:44 CƏMİYYƏT
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
Bugün, 12:30 İQTİSADİYYAT
-
Azərbaycanda toylarla bağlı qayda dəyişəcək? - 120 nəfər qonaq, 2 saat müddət...
Bugün, 12:19 MƏDƏNİYYƏT
-
DİM sədri: "Heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz"
Bugün, 12:04 GÜNDƏM
-
İcra başçıları həbs edilən həmkarlarından dərs alırmı? - "Prezidentin xəbərdarlığını qulaqlarından sırğa kimi asmalı və..."
Bugün, 12:04 SİYASƏT
-
Klubsuz qalan Mauro İkardiyə sürpriz təklif gəldi
Bugün, 11:59 İDMAN
-
Ərdoğan təlimat verdi - Super Liqa nəhənginə 100 hektar torpaq sahəsi ayrıldı
Bugün, 11:54 İDMAN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bugün, 11:21 CƏMİYYƏT
-
Hikmət Hacıyevin Almaniyanın Bakıdakı səfiri ilə görüşüb
Bugün, 11:07 SİYASƏT
-
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun yenidən dəyişir - DETALLAR
Bugün, 10:58 CƏMİYYƏT
-
İnam Kərimov Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında - Nələr müzakirə olunub?
Bugün, 10:49 SİYASƏT
-
"Aşk-ı Memnu" serialının "Arsen Hala"sı vəfat etdi
Bugün, 10:40 MƏDƏNİYYƏT
-
Bakıda daha bir şok olay: 13 yaşlı qız hamilə çıxdı...
Bugün, 10:35 KRİMİNAL
-
Zaur Mikayılov onlara yeni vəzifə verdi - SİYAHI
Bugün, 10:35 GÜNDƏM
-
DTX-dən SENSASİYALI HƏBSLƏR: 11 nəfər qandallandı - Əməliyyat görüntüləri + VİDEO
Bugün, 10:16 GÜNDƏM
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: yollarla bağlı açıqlama yayıdl
Bugün, 10:02 CƏMİYYƏT
-
Təəssüf etməli, yoxsa sevinməli? - VAHİD TAĞIYEV YAZIR
Bugün, 09:59 YAZARLAR
-
Aras Bulut İynemli, Melis Sezen, reper Sefo... - Türkiyədə məşhur bloger, aktyor, müğənni və iş adamları narkotiklə saxlanıldı (SİYAHI)
Bugün, 09:46 MƏDƏNİYYƏT
-
Azərbaycan nefti daha bir dollar ucuzlaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
İtaliya Bab əl-Məndəb boğazına donanma göndərir: "Orada əlavə tədbirlərə ehtiyac var"
Bugün, 09:12 DÜNYA
-
20 milyonluq reklam... - Türkiyəli aktrisa görkəmini dəyişdi
Bugün, 09:00 ŞOU-BİZNES
-
Pakistandan Husilərə sərt xəbərdarlıq: "Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir"
Bugün, 01:12 GÜNDƏM
-
"Beşiktaş" Avropa Liqasının ilk oyununa qələbə ilə başladı
Bugün, 00:58 İDMAN
-
Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
CHP üzvü istefa verdi, daha sonra isə... - FOTO
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
VI turun hakim təyinatları açıqlanıb
17.09.2026, 23:22 İDMAN
-
Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
17.09.2026, 21:02 SİYASƏT
-
Əli Nağıyev Qazaxıstanda: "Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və..."
17.09.2026, 19:37 SİYASƏT
-
Karyera dəyişikliyi, yeni layihə və... - Bu bürc sahiblərinə yeni şans doğacaq?
17.09.2026, 19:19 CƏMİYYƏT
-
Səməd Səmədovu bu sözlərlə yad etdi
17.09.2026, 19:11 GÜNDƏM
-
Təhsil ekspertinə hökm oxunub
17.09.2026, 18:54 KRİMİNAL
-
Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!
17.09.2026, 18:03 GÜNDƏM