AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu" haqda - Açıqlama

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu" haqda - Açıqlama

GÜNDƏM

24.01.2025, 12:07

Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib.

Mia.az APA-ya istinadla xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

Baş nazirin müavini Qazaxıstan üçün “burada gizlədəcək bir məsələnin olmadığını” qeyd edib.

Onun sözlərinə görə, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir.

Baş nazirin müavini əlavə edib ki, onların arasında böyük fərq var.

“Qara qutuların məzmunu ilə böyük fərq var. Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, - Kanat Bozumbayev vurğulayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR