Panama Trampı ittiham edir: "Bu, BMT Nizamnaməsinin pozulması deməkdir"

Panama Trampı ittiham edir: "Bu, BMT Nizamnaməsinin pozulması deməkdir"

DÜNYA

22.01.2025, 15:48

Panama administrasiyası ABŞ prezidenti Donald Trampın Panama kanalını geri alacağı ilə bağlı açıqlamasına etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Panama administrasiyası bəyanat yayıb.

Bəyanatda ABŞ prezidenti Donald Trampın kanalı geri alacağı ilə bağlı iddiası qəbuledilməz sayılıb: "Bu BMT Nizamnaməsinə zidd və onun pozulmasıdır".

“New York Times” qəzeti isə yazır ki, Panama prezidenti Xose Raul Mulino BMT baş katibi Antonio Quterreşə etiraz məktubu yazıb: "O, məktubda BMT Nizamnaməsinin üzv dövlətlərin ərazi bütövlüyü və müstəqilliyi ilə bağlı müddəaları qabardaraq, Trampın ölkəsinə güc tətbiq etmək ehtimalını qəbuledilməz sayıb.

Samir Musayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR