Türkiyə ordusu İraqın şimalında terrorçuları zərərsizləşdirib

img

22-01-2025 [14:49]


Bu gün Türkiyə ordusu İraqın şimalında terrorçuları zərərsizləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türk Silahlı Qüvvələri terror və terrorçulara harada olmalarından aslı olmayaraq, yerində məhv edəcək: "İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 4 PKK terrorçusu zərərsizləşdirilib".

Nazirlik qeyd edib ki, terrorçulara qarşı əzmlə mübarizə davam edəcək.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA