ABŞ Azərbycanda vizaların verilməsini niyə dayandırdı?

img

30-07-2014 [16:27]


ABŞ Azərbycanda vizaların verilməsi prosesi dayandırılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu proses bütün dünyada dayandırılıb.

Problem qlobal xarakter daşıdığını deyən Mehdi Hüseynquliyev bildirdi ki, buna səbəb ABŞ-ın pasport-viza sistemində yaranan texniki nasazlıqdır.

"Problemin artıq böyük bir qismi həll olunub. Yaxın vaxtlarda yenidən vizaların verilməsi prosesinə başlanacaq”, deyə Mehdi Hüseynquliyev bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA