"Qarabağ"lı Juninyo “Flamenqo”ya transfer olunub

img

15-01-2025 [21:53]


"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

Mia.az xəbər verir ki, "Qarabağ" klubu açıqlama yayıb.

Qeyd edilib ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA