“QARA YANVAR”ın şahidi Reza Deqati... - TARİXİ FOTOLAR
MƏDƏNİYYƏT
14.01.2025, 18:32
1990-cı il 20 yanvar tarixində Sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan məşhur fotojurnalist Reza Deqati və türk əsilli Fransa vətəndaşı videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində “Qara Yanvar” bir sirr deyil və dünya mülki əhaliyə qarşı törədilmiş qırğından xəbərdardır.
Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, Reza Deqati 20 yanvarda bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollar ilə Bakıya üz tutur. Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskvada baş tutacaq baleti çəkmək adı altında həmkarları ilə birlikdə Sovet vizası alaraq Moskvaya gedirlər. Moskvada “Rossiya Otel”də onunla birlikdə bir sıra xarici media nümayəndələri də var idi və onlar da Bakıdakı hadisəni eşidib nə baş verdiyi ilə bağlı xəbər hazırlamaq istəyirdilər.
“Həmin vaxt Moskvada bir nəfər dövlət nümayəndəsi jurnalistlərə onları sabah Bakıya aparacağını bildirdi. Lakin Sovet hökumətinin qırğın törətdiyi zaman jurnalistləri Bakıya aparması inandırıcı deyildi. Bunu Moskvadakı Azərbaycan nümayəndəliyinə bildirdim və onlar da mənimlə eyni fikirdə idi.
Daha sonra Sovet hökumətinin söz verdiyi jurnalistlərin xəbəri yayıldı ki, həmin təyyarə Bakıya eniş edə bilmir bəhanəsi ilə İrəvan Hava Limanına aparılıb və bu vaxt bir neçə erməni qadın “Biz Bakıdan gəlmişik, Azərbaycanlılar bizi qırır” kimi ifadələrlə fəryad ediblər. Hava limanındakı jurnalistlər də buna inanaraq 20 Yanvarı azərbaycanlıların deyil, ermənilərin faciəsi kimi işıqlandırıblar.”
Jurnalistlərin girişi qadağan olunduğu üçün Reza Deqati, Şirin Məlikova və videoqraf dostu azərbaycanlı tanışlarının köməyi sayəsində Bakıya yola düşürlər. Qatarda gizlənərək, təhlükəni nəzərə alaraq insanlarla lazımsız ünsiyyətlərdən qaçınaraq 48 saatlıq yol gəlirlər. Qatarda ilk işi isə “Ya po ruski ne znayu” (Mən rusca bilmirəm) və “Ya Azerbaycanets” (Mən azərbaycanlıyam) kimi bəzi rusca cümlələr öyrənmək idi. Çünki Rus dili bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu artıq son demək idi. Ona görə də yoxlanışa gələn nəzarətçilərə vodka hədiyyə verirdilər ki, yoxlanış keçirməsinlər.
Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya Müharibəsi filmindən bir səhnəyə bənzədirdi.
“48 saatlıq yoldan sonra qatar Bakı stansiyasına daxil olduğu zaman, axşam vaxtları, komendant saatından yarım saat əvvəl, biz platforma üzərində düzülmüş, silahlı, papaqlı, uzun paltolu Sovet əsgərlərini gördük. Soyuq idi, özümü 2-ci Dünya Müharibəsi haqqında filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib.”
Qatar Bakıya çatdığı vaxtda artıq Bakıda komendant saatına az qalmışdı və vağzalda çox sayda Sovet əsgərləri hər kəsi yoxlayırdı. Özlərini Reza Deqatinin və onun dostunun nişanlısı kimi təqdim edən, əllərində güllər ilə onları qarşılayan iki xanımın köməyi ilə yoxlanış olmadan vağzaldan çıxırlar. Xanımlardan biri daha sonra Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olmuş Eleonora Hüseynova idi.
Yanvarın 24-də onu aralarında YUNESKO-da fəaliyyət göstərən azərbaycanlı diplomat Ramiz Abutalıbovun da olduğu dostları Bakıda qarşılayır və Sovet əsgərlərinin dinc nümayişçiləri güllələməkləri, Sovet tanklarının maşınların və mülki vətəndaşların üstündən keçməyi, uşaq, qadın, yaşlı demədən, silahsız insanları necə qətlə yetirdikləri barədə məlumat verirlər.
Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, Sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində saxta Azərbaycan pasportu ilə Reza Deqati öz həyatını təhlükəyə ataraq fotoaparatı ilə gizli şəkildə, xəstəxanalara, morqlara gedərək, fərqli aspektlərdən, maşının içindən, binaların pəncərələrindən gördüyü mənzərələrin fotoşəkillərini çəkmişdir.
“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə, gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik.”
“Qara Yanvar” şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbrlərin üzəri qırmızı qərənfillər və qara paltarlar ilə örtülmüş şəhər parkına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hərkəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.
Ordu helikopteri izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə, artıq Reza bu “qırmızı və qara”-dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbi ilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza, sonradan dostlarının köməyi ilə onları əldə edir və ordan da Parisə gedir.
Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fotoşəkilləri və dostunun lentə aldığı videoları yayımlayaraq Bakıdakı hadisələr barədə danışdı, onlarla radio stansiyaları 20 Yanvar faciəsi barədə məlumat yaydı. Bundan əlavə, Reza Deqatinin o zaman fəaliyyət göstərdiyi Sipa Press foto agentliyi, onun çəkdiyi bu fotoları 20 mindən çox media qurumuna göndərdi. Fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız “Qara Yanvar” nəinki unudulmur, bütün dünya mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.
Bundan əlavə, Reza Deqatinin 20-ci əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş qırğınlardan bəhs edən, 2014-cü ildə ingilis və fransız dillərində nəşr olunan “Günahsızların qətliamı” (“Massacre of the Innocents”) kitabı "Qara Yanvar" haqqında dünya miqyasında çap olunmuş mühüm və dərin əhatəli yeganə nəşrdir.
Kitabda 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il 26 Fevralda Xocalıda törədilən soyqırımı zamanı fotomüxbirin çəkdiyi fotolar, həmçinin, dünyanın müxtəlif ölkələrində qanlı tariximizin tanıdılması ilə bağlı keçirilən tədbirlər, qaçqın və məcburi köçkün ailələrinin həyatını əks etdirən fotoşəkillər də yer alıb.
Ləman Əsədli
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah bəzi rayonlara dolu düşəcək - Hava proqnozu
Bugün, 12:59 CƏMİYYƏT
-
"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq" - YAP sədrinin müavini qurultaydan danışdı
Bugün, 12:56 SİYASƏT
-
"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq" - Musa Musayev açıqlamalar
Bugün, 12:43 SİYASƏT
-
Ağ işıq (esse)
Bugün, 12:34 YAZARLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bugün, 12:01 GÜNDƏM
-
Lerikdə zəlzələ olub
Bugün, 11:35 GÜNDƏM
-
DİN-in şəxsi heyəti Zəfər parkında olub
Bugün, 11:06 CƏMİYYƏT
-
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkında - VİDEO
Bugün, 10:07 GÜNDƏM
-
Mehriban Əliyev: "Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!"
Bugün, 09:39 GÜNDƏM
-
Elşad Miri saytını satdı
Bugün, 09:12 PRESS
-
BUXARESTDƏ 27 SENTYABR - ANIM GÜNÜ QEYD OLUNUB - FOTOLAR
Bugün, 00:25 SİYASƏT
-
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO
Bugün, 00:16 GÜNDƏM
-
BU GÜN AZƏRBAYCANDA ANIM GÜNÜDÜR
Bugün, 00:02 GÜNDƏM
-
"Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə..." - Deputat adının hallandığı qalmaqaldan danışdı
26.09.2026, 22:01 GÜNDƏM
-
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
26.09.2026, 19:10 İQTİSADİYYAT
-
Bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
26.09.2026, 19:04 GÜNDƏM
-
Sahil Babayev vəkili yeni vəzifəyə təyin etdi
26.09.2026, 18:02 CƏMİYYƏT
-
Prezident İlham Əliyev və ailəsi "Formula 1"in əsas yarışında - FOTOLAR
26.09.2026, 17:48 GÜNDƏM
-
Türkiyə mediasında Azərbaycana qarşı qərəzli hücumla bağlı daha bir sərt bəyanat: "Ölkəmizə girişləri məhdudlaşdırılacaq"
26.09.2026, 17:40 GÜNDƏM
-
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu
26.09.2026, 17:06 İDMAN
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
26.09.2026, 17:00 GÜNDƏM
-
Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli kampaniya: "Qardaşlıq, müttəfiqlik münasibətləri..." - Milli Məclis bəyanat yaydı
26.09.2026, 13:30 SİYASƏT
-
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
26.09.2026, 13:08 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
26.09.2026, 12:47 CƏMİYYƏT
-
Beynəlxalq İnvestisiya Forumunda yeni sənədlər imzalandı - Prezidentin iştirakıyla + FOTOLAR
26.09.2026, 11:34 GÜNDƏM
-
Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb - Açıqlama
26.09.2026, 10:53 GÜNDƏM
-
"Azərbaycan Las-Veqas, Dubay və Mayaminin..." – Emin Ağalarov
26.09.2026, 10:45 İQTİSADİYYAT
-
Ceyhun Bayramov BMT-də: "Qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır" - "Biz hazırda de-fakto sülhə nail olmuşuq, bundan əlavə..."
26.09.2026, 09:12 SİYASƏT
-
Qaradağ rayonunda vulkan püskürüb
26.09.2026, 09:05 CƏMİYYƏT
-
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO
26.09.2026, 00:41 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26.09.2026, 00:12 CƏMİYYƏT
-
"Prezident Ərdoğan o vaxt mənə açıq dedi ki..." - "Partiya təkadamlıqdır ki, belə özyanından qərar verisən?"
25.09.2026, 22:34 SİYASƏT
-
UEFA "Fənərbağça"nın cəzasını azaltdı
25.09.2026, 21:59 İDMAN
-
Deputat və dövlət qulluqçularının pensiya sistemi dəyişir - DETALLAR
25.09.2026, 21:20 İQTİSADİYYAT