Bələdiyyə sədri, müavini və üzvləri tutulub - 3 maddə ilə 

img

10-01-2025 [10:09]


Türkiyədə Bələdiyyə sədri, müavini və üzvləri tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersin prokurorluğu Mersində Akdeniz Bələdiyyəsində əməliyyat keçirib.

Əməliyyatla bələdiyyə sədri Hoşyar Sarıyıldız və 5 bələdiyyə məclisi üzvü qandallanıb.

Mersin Prokurorluğundan verilən məlumata görə, onlar "terror təşkilatının təbliğatını aparmaq", "silahlı terror təşkilatına üzv olmaq", “Terrorçuluğun maliyyələşdirilməsi" maddələri ilə ittiham olunurlar: "İstintaq çərçivəsində Akdeniz Bələdiyyə sədri Hoşyar Sarıyıldız, Bələdiyyə sədrinin müavini və məclis üzvü Nuriye Arslan,  Özgür Çağlar, Neslihan Oruç, Yakup Danış və Hikmət Bakırhan saxlanılıb".

Xəbərdə deyilir ki, saxlanılanlardan üçü - Özgür Çağlar, Neslihan Oruç, Yakup Danış və Hikmət Bakırhan PKK-ya yaxınlığı ilə tanınan DEM Partiyanın üzvləridir.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA