Masazır sakinləri şikayətlənir

Masazır sakinləri şikayətlənir

CƏMİYYƏT

07.01.2025, 13:38

Abşeron rayonu, Masazır qəsəbəsinin sakinləri yolun vəziyyətindən şikayətçidirlər.

Oxu.Az-a şikayət ünvanlayan sakinlər bildirirlər ki, uzun müddətdir, yol baxımsız vəziyyətdədir.

"Şamil Hüseynov, Arzuman Quliyev küçəsi, 6 nömrəli tam orta məktəbə gedən yol pis vəziyyətdədir. Uşaqları yağış yağanda məktəbə apara bilmirik. Yol neçə ildir ki, baxımsız vəziyyətdədir. Heç kim təmir olunması üçün nəsə etmir. Yağış yağanda hər tərəf palçıq olur deyə gediş-gəliş çətinləşir", - sakinlər qeyd ediblər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR