"Sol böyrəyim, dalağım və bağırsaqlarım kəsilərək götürülüb, ancaq..." - Hərbi xidmətdə güllə yarası alan ucarlıya əlillik verilmir (SƏNƏDLƏR)
06-01-2025 [10:28]
Ucar rayonu Pirkənd kənd sakini Qasımov Məhəmmədəli Rafik oğlu tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.
Mia.az həmin şikayət məktubunu olduğu kimi təqdim edir:
"Bu şikayətimdə yazıb bildirirəm ki, mən hərbi xidmət zamanı güllə yarası almışam. Nəticədə sol böyrəyim, dalağım və bağırsaqlarımdan 30 sm kəsilərək götürülüb. Buna görə əmək qabiliyyətimi itirsəm də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə əlillik dərəcəsi təyin edilməsindən qanunsuz olaraq imtina edib.
Belə ki, 15.01.2022-ci il tarixdə həqiqi hərbi xidmtə aparılmışam. Laçında yerləşən 888 saylı hərbi hissədə həbri xidmət keçmişəm. Hərbi xidmətimi başa vurmağıma 10 gün qalmış 20.06.2023-cü il tarixdə postda olan zaman əsgər yoldaşımın ehtiyatsılqdan əlindən silah açılması nəticəsində güllə (5x45) yarası aldım. Bundan sonra hərbi hospitala çatdırılıb müxtəlif vaxtlarda 2 dəfə cərrahiyyə əməliyyatı olundum. Sol böyrəyim, dalağım götürüldü, bağırsağımdan 30 sm kəsilərək götürüldü. Uzun müddət kalastoma ilə hərəkət etmişəm. Hərbi xidmətimin müddəti bitsə də, mən 40 gün hərbi hospitalda stasionar müalicə olundum. Aldığım ağır xəsarətə görə dinc və müharibə dövründə hərbiyə yararsız olmuşam. Ki, buna dair sənədlərdə qeyd edilib, əmək qabiliyyətimi itirmişəm. Adi əşyanı belə qaldıra bilmirəm.
Ağır yaralanıb, əmək qabiliyyətimi itirməyimə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyimənə əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edilib.
Mən bu imtinanı qanunsuzluq və özbaşınalıq hesab edirəm. Çünki mən kiməsə rüşvət verib xəstəlik sənədi almamışam. Mənim xəstəliyim saxta, yalan deyil. Mən güllə yarası alıb, ağır yaralanmışam. Bir böyrəyim, dalağım və bağırsağımın bir hissəsi cərrahiyyə edilərək götürülüb, yarımcan qalmışam. Adi yeriyəndə halsız oluram, əmək qabiliyyətim yox dərəcsindədir. Bu səbəbdən mənə qeyd-şərtsiz əlillik dərəcəsi təyin olunmalıdır.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirəm, şikayətmi obyektiv araşdırıb, mənə qanunu qaydada əlillik dərəcəsi təyin olunmasına köməklik göstərəsiniz".
Məsələyə qarşı tərəfin mövqeyini də əlavə etməyə hazırıq.
Samir
MİA.AZ
Əli Kərimli barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib
"Hıdır Baba"nın anası vəfat edib - 93 yaşında
Vəzifəli şəxslərin əmlaklarına həbs qoyulub - Siyahı
Türkiyədə kimyəvi zavodda partlayış oldu - FOTOLAR
Ərdoğan Türkmənistana gedir - Tarix açıqlandı
Elçin Əmirbəyov Brüsseldə - Açıqlamalar
"Hələ onun saçına jele vuran vaxtlarıdır" - Hüquqşünas 26 min manatlıq plaşla festivala qatılan icra başçısına belə replika atdı
Keçmiş hakimə Konstitusiya Məhkəməsində vəzifə verilib
Super Liqanın 8 komandası cəzalandırılacaq - SİYAHI
Rəsmi Moskva: "Biz Ukraynada atəşkəs yox, sülh üçün çalışırıq"
DTX-dən xaricdə yeni əməliyyat: ağır cinayətlər törətmiş şəxslər saxlanılıb - VİDEO
Billurə Aslanqızıyə AzTV-də vəzifə verildi
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA "Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu
Nazir müavini: "Distant işlə bağlı yeniliklər gözlənilir"
Bakıda binaların birinin eyvanı uçub - VİDEO
"Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqlənib
Namizəd Səfərova cinayət işi açılıb
ABŞ-ın döyüş təyyərələri Venesuelanı təhdid edib
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
TRAMPIN ŞƏKLİ OLAN YENİ PUL VAHİDİ - Senatorlar ayağa qalxdı (FOTO)
FHN-dən əhaliyə xəbıərdarlıq - Yağışla bağlı
"Qalatasaray"ın baş məşqçisi: "Əlimizdən gələni edəcəyik"
Heydər Əliyev Fondu Türkmənistanda anlaşma memorandumu imzalayıb
Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumu keçirilir
Axtarışda olan azərbaycanlı Almaniyada tutulub
Azərbaycan nefti ucuzlaşdı
Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağda qar yağır
CHP-nin keçmiş təşkilat sədri tutulub - Rüşvət ittihamı ilə
Çempionlar Liqası: "Qalatasaray" Fransada uduzdu - YENİLƏNİB
Zelenski Romadan Trampa mesaj verdi: "Seçkiyə həmişə hazıram"
Qarsda qar yağır - 17 kəndin yolu bağlanıb
Məşhur futbolçunu şantaj edən qadın həbs edildi - Təfərrüat
Türkiyədə məşhur jurnalistlər saxlanıldı - Narkotik ittihamı ilə
Qubada 3.3 bal gücündə zəlzələ olub
Çempionlar Liqası: "Bavariya" 12 dəqiqəyə 3 qol vuraraq qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - 7 nəfər həlak olub
Deputat Əli Abbasovun mandatına xitam verilir