ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb

img

26-01-2026 [00:08]


ABŞ-da güclü qar və kəskin şaxta 17 şəhərdə həyatı iflic edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Luiziana, Missisipi və Teksasda kəskinləşən hava şəraiti səbəbindən 200 mindən çox evin elektrik kəsilib.

Məlumatda deyilir ki, ABŞ Prezidenti Donald Tramp baş verənləri tarixi  hadisə adlandırıb. O, yaşanan fəlakətin aradan qaldırılması üçün müvafiq təlimat verildiyini açıqlayıb.

Xəbərə görə, temperatur -45 dərəcə qədər enəcək ki, bu da ölkədə 150 milyondan çox insana təsirini göstrəcək.

ABŞ-ın müvafiq təşkilatları ölkənin böyük bir hissəsini əhatə edəcək kəskin hava şəraitiylə bağlı əhaliyə xəbərdarlıq edib: "Mümkün qədər evdə qalın!".

Bu xəbərdarlıqdan sonra milyonlarla amerikalı supermarketlərdəki rəflərin çoxunu boşaldıblar.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA