Gecikmiş üzrxahlıq və ya Xəzərdə batan “quş” söhbəti
30-12-2024 [13:12]
Əli CABBAROV,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Bu günlərdə bütün Azərbaycanı yasa boğan və insanları dərindən kədərləndirən məlum təyyarə qəzasından sonra bütün diqqətlər, şübhəsiz, hadisənin səbəblərinin tapılması və obyektiv qiymətləndirilməsi üçün aparılan işlərə yönəlmişdi.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında qarşılaşacağı ən qorxulu hadisə, əslində, hələ on il əvvəl ruspərəst separatçıların Donbas üzərində vurduğu Malayziya təyyarəsinin aqibəti ilə eyni olub bu ölkənin torpaq maraqları üzərində qonşularına, hətta eyni slavyan kökündən olan qardaşı Ukrayna xalqına da qarşı başlatdığı uzun çəkən işğalçı müharibə ssenarsinin bir hissəsi idi. Təəssüf ki, bu müharibə 10 ildən sonra sərhədlərimizdən uzaqda da olsa, birbaşa Azərbaycana da çatdı və rus hərbi maşınının Qroznı səmalarında vurduğu AZAL təyyarəsinin günahsız qurbanlarının ölüm yolçuluğu hər kəsin ürəyində dərin izlər qoydu.
Sürətli və komfortlu hava nəqliyyatı statistikaya görə həm də ən təhlükəsiz hesab olunur, zira müasir texnologiya bu sahədəki riskləri minimuma endirmişdir. Ancaq ola biləcək hadisələrə görə aviadaşıyıcıların və ya hadisə baş verən ölkənin rəsmilərinin işə operativ münasibəti burada insanları rahatladan mühüm şərt olub, dünya ictimaiyyətinin nəzərində də müvafiq reaksiya doğurur.
Uzağa getməsək, yaxın illərdə elə 44 günlük Vətən müharibəsinin son günündə Sədərəkdə – Ermənistanla sərhəddə düşürülən rus helikopterinə görə dövlət başçımız məsələyə operativ müdaxilə edərək səbəblərin üzə çıxarılması üçün müvafiq tapşırıqlar vermişdi. Buna bənzər təyyarə qəzaları zamanı analoji addımları görsək də, bu dəfə Rusiya tərəfinin qəzanın ilk saatlarından ortaya atmış olduğu cəfəng iddialar müharibə gedən bu ölkədəki ümumi vəziyyətin nə qədər xaotik olduğunu, hərb gücünə idarə olunan 17 milyon kvadratkilometrlik böyük bir federasiyanın quru məkanı kimi, hava məkanının da təhlükələrlə dolu olduğunu göstərdi. Elə səhvən də olsa, Qroznı üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş AZAL təyyarəsinin guya quş sürüsü ilə toqquşması, yaxud salonda qaz balonu partlaması kimi cəfəng iddialar ortaya atan Rusiya rəsmilərinin son hərəkətləri də bunu sübut edirdi. Lakin, 38 nəfərin həyatına son qoymuş bu faciənin ilk dəqiqələrindən dövlət başçımızın rəsmi proqramını ləğv edib Vətənə qayıtması, hava limanındaca operativ müşavirə keçirib, müvafiq tapşırıqlar verməsi, həmçinin, Qazaxıstanın dövlət rəhbərlərinin və xilasedicilərinin operativ qardaş köməyi qəzadan sağ qalanların həyatının xilas edilməsinə və səbəblərin aydınlaşdırılmasına imkan yaratdı ki, bu da vicdansız rus məmurlarının ört-basdır məqsədli “quş” söhbətini birdəfəlik Xəzərə batırdı.
Bununla yanaşı dövlət başçımızın dünən AZTV-yə verdiyi müsahibəsində də qeyd olunduğu kimi, hələ qəzaya uğramış təyyarənin “qara qutu”larındakı informasiyanın öyrənilməsinədək əldə olan müşahidələr, foto və videofaktlar, həmçinin sağ qalanların ifadələri onu qəti şəkildə deməyə əsas verir ki, bu adi bir qəza deyildir və Rusiya tərəfi təkcə rəsmi üzrxahlıq etməklə deyil, həm də təzminatla da cavab verməli, günahını və öz hava məkanının da etibarsızlığını etiraf etməlidir.
Şübhəsiz, bunu zaman göstərəcək və hər gün özünün ambisiyaları üzündən girdiyi mənasız müharibədə minlərlə insanın ölümünə səbəb olan şimal qonşumuz üçün bu faciəli hadisənin də bir dərs olacağını düşünmək, açığı çox çətindir. Ancaq həqiqət odur ki, bu dəhşətli təyyarə qəzası bütün Azərbaycan cəmiyyətini yenidən bir yumruq kimi birləşdirməklə ölkəmizdə xalq-dövlət birliyini yenidən dünyaya nümayiş etdirdi. Dövlət başçımızın Sərəncamı ilə 26 dekabr ölkəmizdə matəm günü elan olundu və bütün xalqımız həlak olan qəhrəman ekipaj üzvlərinin şücaətindən fəxrlə bəhs edib onların və həyatını itirmiş sərnişinlərin yasını tutdu, həlak olanlarla rəsmi vida mərasimi keçirildi. Və dünən dövlət başçımız Prezident cənab İlham Əliyevin Sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi və xəsarət alan ekipaj üzvləri – Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi yanan ürəklərə su səpməklə bir daha Azərbaycanın sahibsiz olmadığını, harada nə zaman olsa da, dövlətimizin kimliyindən və milliyyətindən asılı olmayaraq hər bir azərbaycanlının yanında olduğunu nümayiş etdirdi.
MİA.AZ
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan Prezidenti Uillyam Samoei Rutoya məktub ünvanlayıb - MƏTN
Məşhur hüquqşünas Namizəd Səfərov həbs edildi - Məhkəmə qərar verdi
Tramp FED-i yenə tənqid etdi: "Bu, yetərli deyil"
Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr
İstanbulda məzar yerinin qiyməti qalxdı - 200 faiz
ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"