"Real Madrid"in futbolçusu "Fənərbağça"nın bazasında: "Ürəyimin bir hissəsi buradadır" - FOTO

img

28-12-2024 [13:04]


"Real Madrid"in formasını geyinən Arda Gülər ​keçmiş komandası "Fənərbağça"nın İstanbuldakı bazasına təşrif buyurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, klubun Can Bartu bazasında  keçmiş komanda yoldaşları, inzibati-texniki heyət və rəhbər heyəti - prezident Ali Koç, İdarə Heyətinin üzvü Ahmet Ketenci və məşqçi Joze Mourinyo ilə görüşüb.

19 yaşlı  futblçu daha sonra sosial media səhifəsiundə foto paylaşaraq yazıb: "Bu səfər mənim üçün çox mənalı oldu. Ürəyimin bir parçası hər zaman buradadır. Hər zaman yanımda olan "Fənərbağça"lı ailəmə sonsuz təşəkkür edirəm".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR