Azərbaycanlı girovlar harada saxlanılır?- Açıqlama

img

25-07-2014 [14:54]


"Hazırda komitə saxlanan şəxslərə baş çəkmək və həlak olan azərbaycanlının meyitinin geri qaytarılması ilə bağlı müzakirələr aparır”

Bu sözləri "Media forum”a Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova deyib: "Saxlanan şəxslərə baş çəkmək Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatında var. Hazırda komitə saxlanan şəxslərə baş çəkmək və həlak olan azərbaycanlının meyitinin geri qaytarılması ilə bağlı müzakirələr aparır”.

Girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin harada saxlanmasına gəlincə, İlahə Hüseynova deyib: "Müəyyən məlumatlar var ki, adətən biz onu ictimailəşdirmirik. Bu məlumat da onlardan biridir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA