Əli Əliyev müsavatçı gəncin həbsinə münasibət bildirib

img

25-07-2014 [14:27]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev narkotik ittihamı ilə həbs olunmuş Müsavat partiyasının üzvü Fərəc Kərimlinin tutulmasının siyasi motivlərlə əlaqədar olduğunu deyib.

Ə.Əliyev özünün "Facebook” səhifəsində F.Kərimlinin həbsinə yönəlik bu statusu yazıb:

"Həbs olunan müsavatçı gənclə bağlı DİN rəsmi açıqlama yayıb.

Bu açıqlama olmasa belə həbsin siyasi mətləbli olması aydın idi. Yəqin DİN 3 tonluq narkobandrolun izinə düşən zaman siyasi yetkililəri "aşkarlayıb”. Afərin, yaxşı işləyirlər.

Açıqlamadan bəlli olur ki, Müsavat partiyasının üzvünün qardaşı narkotik maddə ilə bir neçə gün əvvəl, yəni iyul ayının 17-də saxlanılb. 6 gün sonra isə qardaşının həbsinə baxmayaraq, guya Fərəc Kərimov da eyni hərəkətlə saxlanılıb.

İnanmaq olmur. 21 il ərzində YAP-la mübarizə təcrübəsi olan bir təşkilat fəalının, hətta qardaşının həbsindən sonra, inkriminasiya edilən hərəkətlə məşğul olması inandırıcı deyil.

Artıq inzibati orqanlar cəzasızlıqlarına o qədər inanırlar ki, təxəyyüllərini gücə salmırlar. Köhnə ssenarilərdən istifadə yetərlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA