Səfirliyin qarşısndakı aksiyada 40 nəfər saxlanılıb

img

25-07-2014 [13:34]


Bu gün İsrail səfirliyi qarşısında Qüds Günü ilə əlaqədar keçirilən aksiyada tutulanlar Yasamal rayon 27 saylı polis bölməsinə aparılıblar.
MİA faktxeber.com-a istinadən xəbər verir ki, saxlanılan aksiya iştirakçısının bildirdiyinə görə, həmin şöbədə 8 qadın olmaqla 40-a yaxın kişi saxlanılır. Hazırda onlardan izahat alınır. Bundan sonra aksiyaçıların işi məhkəməyə göndəriləcək.

Xatırladaq ki, Beynəlxalq Qüds günü ilə əlaqədar bu gün Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirilib. Aksiyanı Azərbaycan İslam Partiyası keçirib. Aksiya təxminən 10-15 dəqiqə çəkib. Səfirliyin qarşısında şüarlar səsləndirildikdən sonra polis müdaxilə edərək, aksiyanı dağıdıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA