Bakıda dələduzluq edən şəxs saxlanılıb

img

23-12-2024 [12:24]


Azərbaycanda internetdə uşaq bağçalarına saxta vakansiyalar elanı verməklə dələduzluq edən şəxs saxlanılıb.

Mia.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bu barədə açıqlama verib.

Onun sözlərinə görə, həmin şəxs işə qəbul üçün xidmət haqqı və sənədlərin təsdiqlənməsi məqsədilə ilkin ödənişləri bank kartına köçürtdürüb:

"Bu əməllərlə məşğul olan 29 yaşlı şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma gedir".


Digər xəbərlər
SON XƏBƏRLƏR