KİV: ABŞ PKK üçün Suriyaya hərbi avadanlıq və sursat göndərib

img

23-12-2024 [12:30]


ABŞ Kürd Fəhlə Partiyasının (PKK) döyüşçüləri üçün Suriyaya hərbi avadanlıq və sursat göndərib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin "Star" qəzeti yazıb.

"ABŞ Suriyada küncə sıxışdırılmış PKK/YPG terror təşkilatına yeni hərbi avadanlıq göndərib", - məlumatda bildirilib.

Məlumata görə, dekabrın 22-də ABŞ-nin iki hərbi yük təyyarəsi Həsəkədə eniş edib.

"Deyr əz-Zor bölgəsində gizlənən terrorçulara hərbi avadanlıq və sursat 60 zirehli və yük maşınından ibarət karvanla çatdırılıb", - məlumatda qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR