TƏBİB-in icraçı direktoru saxta plastik cərrahlarla bağlı sualı cavablandırdı: "Bizim götürdüyümüz cərrahlar..."

img

23-12-2024 [14:23]


TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov saxta plastik cərrahlarla bağlı qalmaqaldan danışıb.

Mia.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb.

TƏBİB sədri bildirib ki, qurum daxilində işə qəbul qaydaları öz daxili prosedur qaydaları ilə tənzimlənir: "Biz qanunvericiliyin tələbini əsas götürürük. Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri nəzərə alınır. Plastik əməliyyatlar icbari tibbi sığorta təminatına daxil deyil. Bu prosedurlar ödənişli qaydada həyata keçirilə bilər. Bizim işə götürdüyümüz cərrahlar Azərbaycan qanunvericiliyinə uyğun işə götürülən plastik cərrahlardır. Mən ancaq TƏBİB tabeli xəstəxanalarla bağlı suallara cavab verə bilərəm. TƏBİB tabeli xəstəxanalarda baş verən bütün ölüm halları ciddi şəkildə araşdırılır. Bununla bağlı TƏBİB tabeliyində ölüm komissiyası fəaliyyət göstərir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA