Əli İnsanov İlham Əliyevi təbrik etdi: "Sizi alqışlayır və dəstəkləyirik"

img

23-12-2024 [14:08]


Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevi təbrik edib.

Mia.az xəbər verir ki, təbrikdə deyilir:

"Sizi, ad gününüz münasibətilə Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edirəm !
Ulu Öndərimiz Heydər Əliyevin xalqımıza miras qoyduğu irsini yaşadaraq, uğurla inkişaf etdirə bilməyinizi alqışlayır və dəstəkləyirik.

Sizə, ölkəmizin dinamik inkişafı, xalqımızın yüksək rifahı və xoşbəxt gələcəyi üçün həyata keçirdiyiniz bütün işlərinizdə böyük uğurlar, özünüzə isə uzun ömür, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA