Ali Məhkəmə aliment borcunun silinməsi ilə bağlı məhkəmə təcrübəsini müəyyən edib
23-12-2024 [11:35]
Azərbaycan Respublikasının Ali Məhkəməsi aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Qurumdan Mia.az-a bildirilib ki, işin hallarına görə, iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin edib. Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz.
Birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verib. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir.
Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 12 avqust – 20 dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır.
Ali Məhkəmə də hesab edib ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır.
Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2022-ci ilin avqust - dekabr aylarına hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.
Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
Trampın müşaviri: "ABŞ əsgərləri Suriyada nə gəzir?"
PENSİYA və MİNİMUM MAAŞ QALXDI - İlham Əliyev sərəncam imzaladı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev fərman imzalayıb, onlara vəzifə verilib - Dəyişiklik (YENİLƏNİB)
“Lukoil”da benzin fırıldağı, yoxsa... - Benzinə su qarışıb, sürücülərə kompensasiya ödənilir
Ceyhun Bayramov Serbiyanın Baş naziri ilə müzakirə aparıb
Aleksandr Vuçiç Ceyhun Bayramovu qəbul edib - FOTO
ADY rəhbəri ilə icra başçısı arasına qalmaqal - Məhkəmə çəkişməsi
Məşhur məşqçi Şenol Günəşi aşağıladı: "Adam deyilsən" - FOTO
NATO: "Əgər Ukrayna məğlub olsa..."
Hikmət Hacıyev Pakistan səfiri ilə bir arada - FOTO
"Old Line Trading Company" MMC cərimələnib
Feyziyevə 2 milyon “atan” şəxsin bəraəti ləğv edildi
Qəzzada çadır düşərgələri vurulub - Ölənlər var
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!
İslam dünyasının elmi və mədəni ənənələrini yaşadan və mühafizə edən kitabxanalar... - FOTOLAR
TƏBİB-in icraçı direktoru saxta plastik cərrahlarla bağlı sualı cavablandırdı: "Bizim götürdüyümüz cərrahlar..."
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Dağıdılan "Şah Plov" restoranı deputatı Ağalar Vəliyevin qardaşı oğlunun imiş... - FOTOLAR
Regional İdarə rəisi ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır
Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlanıb
Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Sabah Azərbaycanda hava yağmursuz keçəcək - PROQNOZ
Rusiyanın Baş nazirinin müavinləri İrana səfər ediblər
Prezident İlham Əliyev bir qrup şəxsi təltif edib - SİYAHI
KİV: ABŞ PKK üçün Suriyaya hərbi avadanlıq və sursat göndərib
Bakıda dələduzluq edən şəxs saxlanılıb
İran və Avropa "üçlüyü"nün görüşü olacaq
Kanada bankının 151 müştərisinin kart hesabından pullar "Rabitəbank"ın hesabına köçürülüb - KİBERCİNAYƏTKARLIQ
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxılıb
Azərbaycanda pilot qaydada iş yerlərinin attestasiyasına başlanılıb
Elm və Təhsil Nazirliyi məlumat yayıb
Prezident İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanlayıb - PA-nın şöbə müdiri oxuyub
Direktor Havvaxanım Rüstəmova hakim qarşısına çıxarıldı
Gömrükdə kütləvi həbs: rüşvət alan 91 nəfər saxlanılıb, aralarında narkomanlar da var
"Əziz dostlar, "Kristal Abşeron"dan ev almayın" - "Kommunal özbaşına qaldırılır, nəsə deyəndə isə..."
Şuşaya daha 51 ailədən ibarət 208 nəfər köçürülüb
Ceyhun Bayramov Serbiyaya gedib
BMT: "Müharibənin qaydaları var, lakin Qəzzada..."
Sumqayıtda 15 yaşlı oğlanı bıçaqlanıb