Cevdet Yılmaz: "İsrailin hərəkətləri özbaşınalıqdır"

img

18-12-2024 [00:05]


"İsrailin fəaliyyəti özbaşınalıqdır. Heç bir xarici güc Suriyanın sabitliyini pozacaq və onun gələcəyini qurmaq səylərini məhv edəcək hərəkətə yol verməməlidir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisində çıxış edən vitse-prezident Cevdet Yılmaz deyib.

O, İsrailin Suriyaya hücumunun qəbuledilməz olduğunu, bunun bölgədəki gərginliyi daha da körükləməyə xidmət etdiyini bildirib: "Biz İsrailin Colan təpələri üzərindəki hərəkətlərini son dərəcə təhlükəli və Suriyada sabitliyi pozmağa cəhd kimi görürük".

Zülfiyyə Mustafayeva
 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA