"Fənərbağça"nın qolçusuna kəllə atan futbolçu üzr istəyib

img

16-12-2024 [11:21]


Ötən axşam "Fənərbağça"nın doğma meydanda "Başakşəhər"i 3:1 hesabı ilə məğlub etdiyi oyunda bir çox gərgin hadisələr yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matçın ilk yarısının sonlarına yaxın "Başakşehir" futbolçusu Ba Edin Fənər"in qolçusu Dzekoya mübahisə zəminində kəllə atıb. Nəticədə qolçunun qaşının üstü partlayıb, Ba Edin isə meydandan qovulub.

Seneqallı futbolçu matçdan sonra üzrxahlıq edib: ""Fənərbağça" ilə səfər matçında qırmızı vərəqə ilə nəticələnən hadisəyə görə təəssüflənirəm. Təəssüf ki, oyunun tempi və stadionun ab-havası səbəbindən qəbuledilməz hərəkət etdim. Dzeko başda olmaqla,  kobud hərəkətimlə azlıqda qoyduğum komanda yoldaşlarımdan və "Başakşehir" cameəsindən üzr istəyirəm".

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR